terms-and-conditions

Terms & Conditions

şərtlər və Qaydalar

Balans artırmaq üçün nə etməlisiniz?

Balansınızı yalnız m10 vasitəsilə artıra bilərsiniz bu həm təhlükəsiz həmdə rahatdır.

T11.az ana səhifə də m10 balans artırmaq bölümü mövcuddur üstünə kilikləyin sizi m10 yönləndirəcək  siz orda bizim mağaza nömrəmizin hesabına t11-də artırmaq isdədiyiniz məbləği yazın və göndərin.

Göndərdikdən sonra ödədiyiniz məbləğin çekin şəkilini sıkrinşok edin (şəkilini çekin) səhifə də görünən  whatsapp  işarəsinə kilikləyin və qəbiz şekilini bizə göndərin.

Dərhal hesabınız artırılacaq.

sifariş verilmə qaydası.

Sifarişi ödəmək üçün pul kisəsindən istifadə edin.

Sifarişinizin harda olduğunu mənim sifarişlərim  bölməsindən baxa bilərsiniz.

Sifarişlərin çatdırılma qaydası.

Sizin sifarişləri bolt və azərpoçt vasitəsilə göndərə bilərlər. sifarişlər 1-5 iş günü müddətində sizə çatdırıla bilər. Şənbə bazar günləri edilən sifarişlər növbəti iş günləri icra olunacaq.

Əyər siz məhsulu tez əldə etmək istəyirsinizsə mağaza sahibinə yazın o sizə daha uyğun göndərmə təklif edə bilər.

Originallıq və məhsuliyyət.

T11.az da fərqli mağazalar mövcuddur sizə göndərilən məhsulların original olub olmadığna görə t11.az məhsuliyyət daşımır.

Biz siziə yalnız məhsul göndərilmədikdə pulunuzu geri qaytarırıq. Saxta mağazalarda silirik.

Məhsulum gəlmədi nə edim.

Siz sifariş verdikdən 4-8 günü ərzində sifarişinizi gəlməsə Bizim WhatsApp nömrəmizə məluat verin. Araşdıraq saxta satıcı aşkar edilsə, t11 sizin pulunuzu geri qaytaracaq.

Saxtakarlıq etmək yalnış məlumat.

Siz sifarişi almısınız bizə yalnış məlumat verirsiniz sə ki, mənə məhsul göndərilməyib.

O zaman siz cinayət məsuliyyətinə cəlb ediləcək siz.

 

 

 

 

 

 

Satıcılar üçün qaydalar 

 siz mağaza açdıqdan sonra hesaba daxil ola bilməyəcək siz. Mağazanız t11 admini  tərəfindən yoxlanıldıqdan sonra t11 admini mağazanızı təsdiq edəcək.və sizə bildiriş göndərəcək. Təsdiqləmə 10 dəqiqə ilə 3 saat ərzində ola bilər.

Mağazanız təsdiqləndi.

Siz satıcı mağazanıza daxil olursunuz və məhsullarım bölməsinə kilikləyərək yeni məhsul əlavə edirsiniz.

Məhsul əlavə etmək.

məhsulu əlavə etdikdən sonra məhsulun necə göründüyüni gözdən keçirin. 

Mağazanıza sifariş gəldi nə etməlsiz.

Sifarişi qəbul edirsiniz, sifarişi gözdən keçirirsiniz, sifariş bölümdə sifarişi qablaşdırılır yazısına kilikləyirsiniz.

Sifarişlər hazırlandıqdan sonra həmin bölməyə daxil olub. Sifarişiniz çatdırılmaya çıxdı kilikləyin.

Sifarişi göndərmə qaydaları.

Siz sifarişi qablaşdırıb poçta yaxınlaşdıqda poçta göndərəcək şəxsin fakturasını (sifarişdə göstərilən) poçta təqdim edin.

Poçt sizdən hər paketə görə, kq, görə fərqli rusum tuta bilər.

Vergi bölümü.

Məhsulunuzu əlavə vergi əlavə edə bilərsiniz 

Bu o halda ola bilər ki, siz həcimi və çəkisi böyük məhsullar satırsınız məsələn: siz 10 kq məhsul satırsınız ona 3-10% vergi qoya bilərsiniz. Vergi sizin poçt vergilərinizi qarşılaya bilər.

Sizə t11 tərəfindən pul necə ödənilir.

Siz ən azı 1₼ dan yuxarı məhsul satışı etməlisiniz. 

Sizə geri ödənişlər m10 saytı vasitəsilə hesabınıza göndərilir.

10 iş günü ərzində pulunuzu çıxarta bilərsiniz.

Saxta mağazalar nə deməkdir.

Yalandan t11-ə məhsul əlavə edib dəyərindən ucuz satmaqla alıcıları cəlb edib, sifarişi qəbul edib və alıcıya göndərməyən cinayət məsuliyyətinə cəlb ediləcək. ömürlük t11.az da mağaza aça bilən deyil.

dostunu dəvət et pul qazan.

Hər bir dostuna görə 0.10 ₼ qazanırsan 

kupon yaratmaq.

Siz hər məhsula və kateqoriyalara görə alıcılara endirim təklif edə bilərsiniz.

Bununçün Təkliflər və Sövdələşmələr bölməsinə daxil ol kupon yarat məhsulu seç.

 

Alıcı Müqaviləsi – Onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər.
Alıcı – t11.az ın verdiyi texniki imkanlar vasitəsi ilə ödəniş edərək saytda qeyd olunmuş mal və xidmətləri sifariş edən, həmçinin bu “Alıcı Müqaviləsi”nin şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs.
Satıcı – Saytda öz mallarını satan və satış və çatdırılma şərtlərini özü müəyyən edən hüquqi şəxs. 
T11 - mal və xidmətlərinin satışı məqsədilə özünə aid elektron məkanda satışı təşkil edən hüquqi şəxs (“T11” MMC).
Sayt – mal və xidmətlərin onlayın alış-veriş məkanı olan, T11 a məxsusus “www.t11.az” internet səhifəsi.
Məhsullar – Saytda yerləşdirilmiş hər hansı mallar, xidmətlər, təchizatlar, materiallar.
Sifariş – Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə Saytdan məhsulların alınması məqsədilə Saytda mövcud olan müvafiq formanın doldurularaq satıcı ya elektron formada göndərilməsi.

XÜSUSİ ŞƏRTLƏR: 
Razılaşmanın predmetini alıcı tərəfindən şəxsi və digər məqsədər üçün saytda əks olunan məhsulların alınması təşkil edir. Bu razılaşma şərtləri saytda cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur. 
Saytdan mal sifariş edən alıcı bu razılaşmanın şərtləri ilə tam razılaşdığını bəyan edir. 
Saytda satılan məhsullar, həmçinin satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən ümumi oferta hesab olunur.
Satıcı alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər. 
Alış o vaxt baş tutmuş sayılır ki, alıcı məhsulun dəyərini hər hansı formada ödəmiş olsun. 
Saytda olan sifariş formasını doldurmaqla alıcı özünə aid əlaqə vasitələri barədə məlumatların satıcı və ya satıcının müəyyən etdiyi digər şəxslər tərəfindən istifadəsinə etiraz etmir. Bura gələcəkdə alıcıya müxtəlif endirim kompaniyaları, digər əlaqəli məlumatların göndərilməsi aiddir. 
Alıcı sifariş etməklə satıcının öz öhdəliklərinin icrasını 3-cü şəxslərə tapşırmasına etiraz etmir və satıcı sifariş ilə bağlı 3-cü şəxslərin bu razılaşmadan kənara çıxan hərəkətlərinə görə məsuliyyət daşıyır. 
“www.t11.az” səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, aşağıda qeyd olunan və fors-major hallardan başqa, alıcı günün, ayın, ilin instənilən vaxtı saytın xidmətlərindən istifadə edə bilər. Saytın iradəsindən kənar səbəblərdən dolayı saytın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə saytın və satıcının bu razılaşmadan irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən alıcıya zərər dəyərsə, bu halda sayt, və ya satıcı hər hansı məsuliyyət daĢımır. 
Saytda satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər. Məlumatlarda əhəmiyyətli çatışmazlıq olduğu təqdirdə, alıcı [email protected] ünvanına yazılı müraciət göndərə bilər.
Saytda görünməsinə baxmayaraq əgər sifariş olunmuş mal anbarda yoxdursa, satıcı bu barədə ən qısa vaxt ərzində alıcıya xəbər verməklə sifarişi ləğv edir. Sifarişin ləğvi nəticəsində alıcıya hər hansı real zərər dəyərsə, buna görə satıcı məsuliyyət daşımır.
Alıcı tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə satıcı məsuliyyət daşımır. 
Sifariş verildikdən sonra alıcının ünvanının məsafəsindən asılı olaraq satıcı sifarişin çatıdırılma tarixi, vaxtı və digər şərtləri barədə alıcıya məlumat verir. 
Əgər buna obyektiv səbəb varsa, məhsulların çatdırılma vaxtı, tarixi satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. 
Çatdırılma və ya digər problemlər ilə bağlı alıcı Sayt administrasiyasına öz şikayətlərini elektron qaydada təqdim edə bilər. 
Məhsulların çatdırılması yalnız Azərbaycan Respublikasının dövlət sərhədləri ilə məhdudlaĢır. Digər hallarda Alıcı Sayta elektron məktub şəklində müraciət göndərməlidir. 
Digər istək qeyd edilməyibsə sifariş şəxsən alıcıya və ya qeyd etdiyi ünvanda olan istənilən 3-cü şəxsə təhvil verilir.
Göndərilmiş məhsulu qəbul edən alıcı (və ya 3-cu şəxs) malı kuryerdən qəbul edərkən yerində mala baxış keçirməlidir.
Məhsulutəhvil aldıqdan sonra mala dəymiş zərərə görə alıcı məsuliyyət daşıyır. 
Saytda satılan malların qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə göstərilir. 
Saytda malın qiyməti satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. 
Satıcı birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər. 

Alıcının sifarişi ləğv edilə bilər:
-    Əgər alıcı 4 dəfə ard-arda hər hansı malı almaqdan əsassız surətdə imtina edirsə. 
-    Əgər alıcı tərəfindən qeyri-qanuni əməliyyatların həyata keçirilməsinə şüphə varsa, habelə qeyri-etik davranış nümayiş elətdirirsə. 
Qeyd olunan hərəkətlər istehlakçılara münasibətdə ayrı-seçkilik kimi deyil, satıcının maddi itkisinin qarşısının alınması kimi başa düşülməlidir. 

Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Əgər satıcının təqsiri səbəbindən olmayan hallarda mal qaytarılırsa, qaytarılma ilə bağlı xərclər alıcıdan tutulur. 
Malın təyinatına uyğun olmayan formada istifadə nəticəsində alıcıya vurulmuş zərərə görə satıcı məsuliyyət daşımır. 
Saytdan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. 
Məhsullara dair zəmanət müddəti malın istehsalçısı tərəfindən müəyyən olunur. 
Bu razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir. 
Hər hansı problemlə üzləşdikdə elektron formada [email protected] ünvanına müraciat edə bilərsiniz. Müraciətlərə ən qısa vaxt ərzində baxılır.